Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü Ordu düzgün siyasətin davamı, dövlətin müstəqilliyinin və xalqın varlığının qarantıdır

0

  •        Dövlətin mövcudluğu xalqın var olmasının, dili, dini, mədəniyyəti və etnik adət-ənənələri ilə yaşamasının əsas göstəricisidir. Dövlətin yaranması və onun qorunub saxlanılması yolunda ən birinci və ən vacib addım onun ordusunun yaradılmasıdır.        Azərbaycan müstəqillik qazandığı zaman bu xalqın övladları dövlətimizin sərhədlərinin, torpaqlarının və müstəqiliyimizin qorunması yolunda heç bir zaman qanını və canını əsirgəməmişlər. Könüllü dəstələr şəklində birləşərək Vətənin müdafiəsinə xidmət etmişlər. Nizami Ordumuzun yardılması üçün əsas və ilkin təşəbbüskarlıq Ümummillli Liderimiz Heydər Əliyevə məxsusdur. Onun göstərişləri əsasında orduda həyata keçirilən dəyişikliklər, islahatlar nəticəsində erməni faşistlərinin və onun havadarlarının torpaqlarımıza etdikləri hücum əməliyyatları dayandırıldı, ilk dəfə olaraq əks-hücum planları işləndi, hazırlandı və həyata keçirildi. Ordumuz daimi müdafiə taktikasından hücum taktikasına keşməyə başladı.        Azərbaycan dövlətinin və dövlət başçılarının – həm Ümummilli Liderimiz Heydər Əliyevin, həm də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biri və ən başlıcası ordu quruculuğu sahəsidir. Görülən işlər,aparılan islahatlar nəticəsində könüllü dəstələr nizami orduya, həm də Qafqazın ən güclü ordusuna çevrilmişdir. Bu gün Azərbaycan xalqı öz Ordusu ilə fəxr edir və sərhədlərinin toxunulmazlığını, müstəqilliyini bu orduya etibar edir. Çünki Ordumuz yenilməz və qüdrətlidir. Bunu 2016-cı ilin aprel döyüşləri - qələbələri, Naxçıvan-Ermənistan sərhəddində Günnüt əməliyyatı sübut etmişdir. Bu döyüşlər, bu əməliyyatlar Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış və hər bir damarında azərbaycanlı qanı axan vətəndaşımızın fəxarət hissi ilə yada sala biləcəyi hadisələrdir. Azərbaycan dövlətinin, Ordumuzun ,möhtərəm Prezidentimizin uğurları bunlarla bitmir. Hər gün, hər saniyə təmas xəttində düşmənə göz açmağa imkan verməyən, onun hər bir təxribatına adekvat və qısa zaman içində lazımi cavab verməyi bacaran Azərbaycan əsgəri - Azərbaycan Ordusu daha güclü, daha sərrast, daha çevik olması üçün daim təlimlərdədir, öz maddi-texniki bazasını ən yeni növ silah və sursatla, texnikalarla yeniləyir. Prezidentimizin bu sahəyə xüsusi həssas yanaşması nəticəsində Azərbaycan Ordusuna ayrılan illik büdcə mənfur düşmənimizin ümumi büdcəsi ilə müqayisə edilir və ondan daha çoxdur.    İyun ayının 12-də Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində erməni təxribatı bir daha sübut etdi ki, düşmənlərimiz Azərbaycan dövlətinin qüdrətlənməsini həzm edə bilmir. Azərbaycanın həm hərbi-strateji dayaqlarına və həm də əsas iqtisadi layihələrinə yönəlmiş bu təxribat Şanlı Azərbaycan Ordusu tərəfindən vaxtında aşkarlandı və yüksək səviyyədə cavab tədbirlərinin görülməsi nəticəsində düşmənə lazımi cavab verildi. Sərsəm siyasət yeridən, bu siysəti nəticəsində uğursuzluğa məhkum olan erməni rəhbərləri və əsgəri bir daha uğursuzluğa düçar oldu, həm canlı qüvvə və həm də hərbi texnika-təhcizat baxımından ağır itkilərlə barışmalı oldu.      Ordumuz bir daha sübut etdi ki, çəkilən xərclər, təlimlərdə tökülən tərlər yersiz deyil və nə qədər önəmlidir. Xalqımızın və Möhtərəm Prezidentimizin güvənc yeri olduğunu, bu etibarı qanı ilə, canı ilə doğrultduğunu sübut etdi Ordumuz! Prezidentimiz hər bir əsgərin onun üçün necə dəyərli olduğunu, Vətən uğrunda canını qurban verən şəhidlərin necə dəyərli və uca olduqlarını, şəhid ailələrinə öz əzizləri kimi dövlətin sahib çıxmasını, arxa-dayaq olmasını, təskinlik verilməsini sübut və bəyan etdi cahana – dosta, düşmənə.        Bu yüksək dəyərlərin nəticəsində Xalq koronavirus deyilən bəladan çəkinmədən küçələrə, meydanlara axışdı, öz prezidentinə, əsgərinə, şəhidinə və şəhid ailələrinə, doğmalarına həmrəylik nümayiş elətdirdi. Dünyanın bir çox yerlərində azərbaycanlılar Vətənin dar günündə birləşməyi bacardılar, sayının çoxluğundan-azlığından asılı olmayaraq lazımi cavab verildi erməni faşizminə və onu dəstəkləyən güclərə. Dünya Dövlətimizin, Prezidentimizin, Ordumuzun və Xalqımızın gücünə və birliyinə şahid oldu. Yaşasın Qüdrətli Prezidentimiz, Qələbələrə layiq olan Güclü Ordumuz və bu dəyərlərə, bu irəliləyişə qiymət və dəstək verməyi bacaran Xalqımızın birliyi – Üçlüyü!       Allah bu birliyi yaradan, yaşadan və qorumağı bacarıb bizə əmanət verən şəhidlərimizə rəhmət eləsin! Mən şəxsən bir vətəndaş, Azərbaycan-Ermənistan sərhəddində xidmət etmiş bir əsgər kimi inanıram ki, Azərbaycan Ordusu istənilən anda Ali Baş Komandanımızın əmri və Xalqımızın dəstəyi ilə düşməni yerli-dibli məhv etməyə qadir və hazırdır!Ramin Məhərrəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib50 dəfə
    Güclü Ordu düzgün siyasətin davamı dövlətin müstəqilliyinin xalqın varlığının qarantıdır

    Maraqlı gələ bilər
    50
    54
    55
    61
    64